Emil Səfərov əməliyyat edildi

"Neftçi"nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.
"Mediasport" xəbər verir ki, futbolçuda bazu oynağının təkrari çıxığı baş verib.
İstanbulda artroskopik əməliyyatı uğurla başa çatan yarımmüdafiəçinin iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.
Qeyd edək ki, E.Səfərov Premyer Liqanın XXIX turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçda zədələnmişdi.