"Neftçi"nin futbolçusu bölgə klubu ilə müqavilə bağladı - SON DƏQİQƏ
"Neftçi"də əsas heyətə düşə bilməyən Bassala Sambu özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, baş məşqçi Yuri Vernidubun etimadını itirən almaniyalı hücumçu "Turan Tovuz"la anlaşıb.
29 yaşlı forvard qərb təmsilçisi ilə mövsümün sonunadək müddəti əhatə edən müqaviləni razılaşdırıb. "Turan Tovuz" sonradan transfer hüququna yiyələnə bilər.
O, hələlik Tovuz klubunun heyətində icarə əsasında forma geyinəcək.
2025-ci ilin fevralından "ağ-qaralar"ın heyətində olan Sambu ümumilikdə 33 oyun keçirib, 11 qol vurub. Cari mövsüm fərqlənə bilməyib.

