“Qarabağ”ın nə qədər güclü olduğunu çox yaxşı anlayıram"

“Qarabağ”ın nə qədər güclü olduğunu çox yaxşı anlayıram"

“Qarabağ”a qarşı nə qədər oynamışamsa, orada həmişə eyni baş məşqçi və eyni əsas heyət olub. Hər il cəmi iki-üç futbolçu əlavə edirlər. Komandanın onurğası formalaşıb",

"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq futbolçusu Mamdu Mboc deyib.

2019-2022-ci illərdə paytaxt klubunun formasını geyinmiş seneqallı müdafiəçi Ağdam təmsilçisinin uğurlu olmasının səbəblərindən danışıb:

"Təcrübə həlledici rol oynayır. “Qarabağ”ın avrokuboklarda nə qədər tez-tez iştirak etdiyinə baxın. Onlar ardıcıl illərdir avrokuboklarda oynayırlar. Azərbaycan klubunun sistemi mənim çox xoşuma gəlir".

Mboc "Neftçi" ilə Azərbaycan çempionluğunu belə xatırlayıb:

"Neftçi” çempionatın son turunda “Qarabağ”la qarşılaşdı. Onlara qızıl medallar üçün 1 xal kifayət edirdi, bizə isə yalnız qələbə lazım idi. 90-cı dəqiqədə vurduğumuz yeganə qolla ölkə çempionluğunu qazandıq.

Açığı, əlavə vaxtda rəqib qol vurmalı, hətta penalti də qazanmalı idi. Amma xoşbəxtlikdən hakim buna reaksiya vermədi (gülür). Məhz buna görə də “Qarabağ”ın nə qədər güclü komanda olduğunu çox yaxşı anlayıram".

Xatırladaq ki, afrikalı "Neftçi"nin heyətində 71 oyun keçirib, 7 qolla yadda qalıb. O, 2020/2021-ci illər mövsümündə Azərbaycan çempionu olub.