Anar Babanlı tarixə düşdü - FOTO
Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçib.
Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
O, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutan Olimpiya Təsnifat Kubokunda imza atıb.
“World Boxing” lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini və onun bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb.
Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.
Qeyd edək ki, Anar Babanlı Tokio-2020 Yay Olimpiya Oyunlarında, iki dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.



