Millilərimizin toplanışı başlandı

 Millilərimizin toplanışı başlandı

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milli komandalarının 2026-cı ildə ilk təlim-məşq toplanışı start götürüb.

"Mediasport" xəbər verir ki, yığmalarımızın hazırlığı Bakı Boks Mərkəzində keçir.

Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatından seçilən boksçuları cəlb edib.

Martın 1-də yekunlaşacaq toplanışda əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.