Zidan Hümbətov Budvada Dünya Kuboku statuslu yarışın qalibi oldu

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.
54 kq çəki dərəcəsində yarışan Zidan Hümbətov çempion olub.
Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə 3-cü yeri tutublar.
Qeyd edək ki, komandamız turnirə 7 boksçu ilə yollanmışdı.