Millimizin iki üzvü Monteneqro Kubokunda mübarizə aparacaq
Azərbaycanın iki boksçusu Budva şəhərində keçiriləcək Monteneqro Kubokunda mübarizə aparacaq.
"Mediasport" xəbər verir ki, martın 15-də start götürəcək yarışda Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə gücünü sınayacaq.
60 kq çəki dərəcəsində yarışacaq idmançılarımız rinqə millinin böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi ilə çıxacaqlar.
Turnir 7 gün davam edəcək.
