Mürsəlov liqada klubunu dəyişdi
Azərbaycan 2-ci liqasında yarışan “Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Həsrət Mürsəlovu transfer edib.
Yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Mürsəlovun son klubu “Şəki Siti" olub.
Qeyd edək ki, “Xankəndi” çempionatda 14 turdan sonra 39 xalla "Qaradağ Lökbatan"la birlikdə liderdir.
