Azərbaycan çempionu "Neftçi" - "Sabah" oyunu ilə müəyyənləşəcək

Azərbaycan Basketbol Liqasında ikinci finalçı da müəyyənləşib.
"Mediasport" xəbər verir ki, həlledici dueldə son çempion "Sabah"ın rəqibi "Neftçi" olacaq.
"Ağ-qaralar" final seriyasının ikinci oyununda da "Abşeron"dan güclü olublar.
Yarımfinalın digər cütündə "Sabah" isə "Şəki"ni hər iki matçda üstələyib.
Azərbaycan Basketbol Liqası. Yarımfinal. İkinci oyunlar
“Şəki” - “Sabah” 72:96 (ümumi hesab - 0:2)
Şəki OİK
“Abşeron” - “Neftçi” 72:81 (ümumi hesab - 0:2)
Bakı İdman Sarayı