Azərbaycanlı məşqçi İngiltərədə növbəti kubokunu qazandı

Azərbaycanlı məşqçi İngiltərədə növbəti kubokunu qazandı

Azərbaycanlı məşqçi Samit Nuruzadə İngiltərədə növbəti uğurunu əldə edib.

"Mediasport" xəbər verir ki, mütəxəssisin baş məşqçisi olduğu “Ridinq Rokets” basketbol klubu İngiltərə Birinci Divizion təmsilçilərinin “Kitkinq Trofi” kubokunun qalibi olub.

Həmyerlimizin komandası finalda “Milton Keyns Dons”u məğlub edib - 97:75.

Qeyd edək ki, Azərbaycan yığmasının baş məşqçisi olmuş Samit Nuruzadə yanvar ayında İngiltərə Milli Kubokunu qazanmışdı.