Azərbaycan çempionatında pley-in: İlk oyunların təqvimi açıqlandı

Azərbaycan çempionatında pley-in: İlk oyunların təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarının təqvimi açıqlanıb.

“Mediasport” xəbər verir ki, raundun görüşləri aprelin 10-da start götürəcək.

Gəncə İdman Sarayında “Gəncə” - “Lənkəran”, Abşeron Olimpiya Kompleksində isə “Abşeron” - NTD qarşılaşması baş tutacaq.

Aprelin 11-də Sumqayıt Olimpiya İdman Kompleksində “Sumqayıt” - “Sərhədçi”, Abşeron Olimpiya Kompleksində “Ordu” - “Quba” oyunları keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Gəncə" - "Lənkəran" matçında qələbə qazanan tərəf "Şəki" ilə üz-üzə gələcək.

"Ordu" - "Quba" görüşündə üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə, "Abşeron" - NTD matçının qalibi isə "Naxçıvan"la qarşılaşacaq.