Azərbaycan yığması səfərdə İrlandiya millisini məğlub etdi
Azərbaycanın kişi basketbolçulardan ibarət milli komandası AVRO-2029-un seçmə qrup mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma 3-cü tur çərçivəsində Dublində İrlandiya seçməsi ilə qarşılaşıb.
"National Basketball Arena"da baş tutan dramatik görüş basketbolçularımızın minimal hesablı qələbəsilə yekunlaşıb - 76:75.
Xal ehtiyatını 4-ə çatdıran komandamız A qrupunun turnir cədvəlində 3-cü sıraya yüksəlib.
Yığmamız bunadək Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzmuşdu.
Qrupda növbəti qarşılaşmamız martın 2-də Bakıda Şimali İrlandiya kollektivinə qarşı olacaq.
Milli iyulun 2-də Lüksemburqla səfərdə, iyulun 7-də isə qrupun son dueli çərçivəsində İrlandiya basketbolçuları ilə Bakıda üz-üzə gələcək.
