Yığmamız Lüksemburqla üz-üzə
Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununa çıxır.
"Mediasport" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 5-ci turda səfərdə Lüksemburqla üz-üzə gələcək.
Qarşılaşma saat 21:00-da start götürəcək.
Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə qarşılaşacaq.
Yığmamız hazırda 5 xalla dördüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 8 xalla liderdir.
İkinci sıradakı Lüksemburqun 6, üçüncü pillədəki İrlandiyanın 5 xalı var.


