Azərbaycan çempionu yenidən bölgə klubunda forma geyinəcək
Futbol üzrə Azərbaycan 1-ci liqasında yarışan "Şahdağ Qusar" heyətini gücləndirib.
"Mediasport" xəbər verir ki, şimal təmsilçisi Ədilxan Qarəhmədovu transfer edib.
Qusar klubu 25 yaşlı yarımmüdafiəçini "Şəfa"dan icarəyə götürüb.
"Səbail"in yetirməsi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
Qarəhmədov 2024/2025-ci illər mövsümündə "Şahdağ Qusar"ın heyətində 2-ci liqanın çempionu olub.
Qeyd edək ki, hazırda çempionatda 13 tura 15 xal toplamış kollektiv liderdən 16 xal geri qalmaqla, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
