Azərbaycanın bölgə klubunun adı və loqosu dəyişdirildi - RƏSMİ

Azərbaycanın bölgə klubunun adı və loqosu dəyişdirildi - RƏSMİ

Azərbaycan 1-ci liqasında mübarizə aparan "Mingəçevir"in adı və loqosu dəyişdirilib.

"Mediasport" xəbər verir ki, klub bundan sonra "ASTA Mingəçevir" adlanacaq.

1-ci liqada 2025-26 mövsümünə sabah start veriləcək.

"ASTA Mingəçevir" ilk oyununu sentyabrın 12-də səfərdə "Səbail"ə qarşı keçirəcək.