Ramiz Məmmədov "Mingəçevir" üçün ilk transferini rəsmiləşdirdi

1-ci Liqada yeni mövsümə hazırlaşan “Mingəçevir” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Rüstəm Nuriyevi heyətinə qatıb.
Ramiz Məmmədovun komandası 25 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.
Müdafiəçinin son klubu bu liqada "Zaqatala" olub.