Azərbaycan güləşçisi Macarıstan turnirində qızıl medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə İmre Baraşinin xatirəsinə yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
"Mediasport" xəbər verir ki, ənənəvi yarışda Azərbaycanın U20 yaş kateqoriyası üzrə idmançıları iştirak ediblər.
Məşqçi Emin Əhmədovun rəhbərliyi altında Kamran Rəcəbli (72 kq), Cavad Məmmədov (77 kq), Elmin Əliyev (82 kq) və Məzaim Mərdanov (130 kq) yarışıblar.
U17 Avropa çempionatının bürünc mükafatçısı Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.