Güləşçilərimiz Bakıdakı dünya çempionatına uğurla başladılar
Bakıda start götürən çimərlik güləşi üzrə U-17 dünya çempionatında oğlanlar və qızlar arasında təsnifat mərhələsinin görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçilləri yarışa uğurla başlayıblar.
Elcan Həsənov (60 kq) Ukrayna təmsilçisi Kiril Nahırnıya birinci təsnifat mərhələsində 3:1, ikinci mərhələdə isə 3:0 hesabı ilə qalib gəlib.
Nihad Süleymanlı (80 kq) Qazaxıstan təmsilçisi Daniyar Beysənkulu hər iki təsnifat görüşündə məğlub edib (3:1, 3:0).
Elgün Kərimli (90 kq) Azərbaycan təmsilçisi Elvin Hacıquluzadəyə qarşı keçirilən hər iki təsnifat görüşündən 3:1 hesablı qələbə ilə ayrılıb.
Gülnar Ağadadaşova (45 kq) Nərgiz Adilovaya qarşı keçirilən ikinci təsnifat mərhələsinin görüşündə 2:2 hesablı nəticə əldə edib.
Üçüncü mərhələdə Ağadadaşova 3:2 hesabı ilə qalib gəlib. İlk görüşdə Nərgiz Adilova 3:1 hesabı ilə üstün olub.
Günel Kərimli (55 kq) Seneqal təmsilçisi Elisabet Diattaya ilə üç təsnifat görüşü keçirib.
İlk görüşdə 0:4 hesabı ilə məğlub olan Kərimli ikinci qarşılaşmada 4:2 hesabı ilə qalib gəlib. Üçüncü görüşdə isə 0:5 hesabı ilə uduzub.


