"Bir işə inamla, ürəklə qoşulsan, sonda nərticə əldə edəcəksən”

"Bir işə inamla, ürəklə qoşulsan, sonda nərticə əldə edəcəksən”

“Yarışa çox ciddi hazırlaşmışdım. Qalib gəldiyim üçün çox sevinirəm”.

"Mediasport" xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 57 kq çəkidə qızıl medal qazanan təmsilçimiz qələbə təəssüratlarını bölüşüb:

“Mənə dəstək olan azarkeşlərə, Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Çempionluğumda əməyi olan məşqçilərimə də minnətdarlığımı çatdırıram. Bu il 2 dəfə ağır zədə almışıdm. Ona görə tam istədiyim kimi çıxış edə bilmirdim. Bununla belə, sonda qalib gələn tərəf oldum. Bir işə inamla, ürəklə qoşulsan, sonda nərticə əldə edəcəksən”.

Xatırladaq ki, Əliyeva karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. O, 2021-ci ildə Konyada (Türkiyə) baş tutan yarışda da çempionluq yaşamışdı.