Klublarımız avrokuboklarda: Təmsilçilərimiz hansı liqalarda?

Klublarımız avrokuboklarda: Təmsilçilərimiz hansı liqalarda?

Azərbaycanda 2024/2025-ci illər futbol mövsümünə yekun vurulub.

"Mediasport" xəbər verir ki, bununla növbəti futbol ilində ölkəmizi avrokuboklarda təmsil edəcək klublar və harada mübarizə aparacaqları dəqiqləşib.

Çempion "Qarabağ"ın UEFA Çempionlar Liqasına yollanacağı əvvəldən məlum olsa da, kubokun nəticəsindən asılı olaraq, digər təmsilçilərimizin mövqeyi dəyişəcəkdi.

Beləliklə, Azərbaycan Kubokunu qazanan "Sabah" UEFA Avropa Liqasında yarışacaq.

Premyer Liqada mövsümü 2-3-cü yerlərdə başa vurmuş "Zirə" ilə "Araz-Naxçıvan" isə ölkəmizi Konfrans Liqasında təmsil edəcəklər.