"İmişli"də 6-cı ayrılıq reallaşdı

  "İmişli"də 6-cı ayrılıq reallaşdı

"İmişli" daha bir futbolçu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Lətif Rzayev bölgə klubu ilə vidalaşıb.

O, 2025-ci ilin yayında "İmişli" ilə 2 illik sözləşmə imzalamışdı.

Buna qədər əyalət təmsilçisini Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə və Orxan Fərəcov tərk edib.