Azərbaycan klublarından Avropa Kubokunda növbəti məğlubiyyət
Azərbaycanın iki basketbol klubu FİBA Avropa Kubokunda 3-cü tur matçlarını keçirib.
"Mediasport" xəbər verir ki, G qrupunda yer alan "LANDAU Lions" Danimarkada “Bakken Birs”in qonağı olub.
Matç skandinavların qələbəsi ilə yekunlaşıb - 88:91.
Erhan Tokerin baş məşqçisi olduğu kollektiv qrupun əvvəlki iki duelində İsveçrənin "Cenevrə Lions”" (83:105) və Slovakiyanın “Prievidza” klublarına uduzub (84:108).
“Neftçi” isə H qrupunda İsveçrədə “Fribur Olimpik”la qarşılaşıb. Oyunda meydan sahibləri qələbə qazanıblar - 78:73.
Xatırladaq ki, paytaxt klubu əvvəlki iki görüşündə Yunanıstanın “Mikonos” (58:78) və Latviyanın VEF kollektivlərinə məğlub olub (94:110).

