"Sabah" Çempionlar Liqasında ardıcıl üçüncü dəfə məğlub oldu

 "Sabah" Çempionlar Liqasında ardıcıl üçüncü dəfə məğlub oldu

"Sabah" basketbol klubu FİBA Çempionlar Liqasının əsas mərhələsində növbəti görüşünü keçirib.

"Mediasport" xəbər verir ki, B qrupu çərçivəsində Fransada "Elan Şalon"la qarşılaşan Rimas Kurtinaytisin komandası bu dəfə də uduzub - 71:84.

Qeyd edək ki, təmsilçimiz bunadək qrupda çıxdığı hər iki matçda məğlub olub - "Nimburk" (Çexiya, 65:93), "Alba" (Almaniya, 76:85).