Bakı klubu İran millisinin keçmiş forvardı ilə müqavilə bağladı

Bakı klubu İran millisinin keçmiş forvardı ilə müqavilə bağladı

1-ci Liqa üçün hazırlıqları davam etdirən “Səbail” heyətinə yeni legioner qatıb.

"Mediasport" xəbər verir ki, Bayıl klubu son olaraq Kosovonun “Dukaqgini" komandasında oynamış Əli Babayi ilə anlaşıb.

24 yaşlı iranlı mərkəz hücumçusu ilə 1 illik müqavilə imzalanıb.

Babayi ölkəsində "Sepahan", "Maşınsazi", Türkiyədə "Ankara Keçiörəngücü", Kosovoda "Ferizay" klublarında forma geyinib.

O, İranın U-19 milli komandasında 1 oyun keçirib.