"İmişli" yenə xal itirdi - Azərbaycan 1-ci Liqada 18-ci tur başlandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 18-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Ötən tur məğlub olan iddialılardan "İmişli" yenə xal itirib.
Tur 3 oyun gününü əhatə edəcək.
Lider "Qəbələ" Zaqatalada, ən yaxın izləyicisi "Karvan" isə Lökbatan stadionunda meydana çıxacaq.
Azərbaycan 1-ci Liqası. 18-ci tur
12 mart (çərşənbə)
“Bakı Sportinq” - “İmişli” 2:2
Hakimlər: Kamranbəy Rəhimov, Aydın Bəxşiyev, Vüqar Bayramov, Şamil İmanzadə
Binə qəsəbə stadionu
13 mart (cümə axşamı)
15:00. “Cəbrayıl” - “Difai”
Hakimlər: Alik Yunusov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Rasim Musayev
Lökbatan OİK stadionu
15:00. “Qaradağ Lökbatan” – “Karvan”
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov
Lökbatan OİK stadionu
15:00. “Zaqatala” – “Qəbələ”
Hakimlər: Nicat İsmayıllı, Rasim Axundov, Asif Abdullayev, Səbuhi Bayramov
Zaqatala OİK stadionu
14 mart (cümə)
15:00. “Mingəçevir” - MOİK
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sənan Atayev, Nəriman Ağayev
Mingəçevir şəhər stadionu (ehtiyat meydança)