Azərbaycan klubu sponsor tapdı
Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubu və İSFA arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, mərasimdə tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar” FK-nın prezidenti Rahid Əmirquliyev və İSFA şirkətinin direktoru Samir Xeyirbəyov imzalayıblar.
Müqaviləyə əsasən, klubun oyun, məşq və nümayiş dəstlərinin arxa hissəsində tərəfdaşın loqosu yerləşdiriləcək.
Qeyd edək ki, İSFA MMC 2015-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.
