Sabiq "Qəbələ"li karyerasını 1-ci liqa klubunda davam etdirəcək

 Sabiq "Qəbələ"li karyerasını 1-ci liqa klubunda davam etdirəcək

1-ci liqada yarışan "Migəçevir" heyətini yeni futbolçu ilə gücləndirib.

"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi qapıçı Əmrah Məmmədlini rənglərinə bağlayıb.

24 yaşlı qolkiperlə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində "Qəbələ", "Şimal", "Araz Saatlı" və "Cəbrayıl"ın formasını geyinib.