"Mingəçevir" 7 oyunçusunu yola saldı, 5 yeni futbolçu gətirdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan “ASTA Mingəçevir” bir neçə oyunçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, bu bərədə klub məlumat yayıb.
Bakı toplanışına hazırlaşan komanda yanvarın 16-dan 21-nə kimi paytaxtda məskunlaşacaq.
Heyətə gəlincə, bölgə təmsilçisi ümumilikdə 7 futbolçu ilə vidalaşıb, 5 yeni oyunçu ilə ilkin müqavilə imzalayıb.
Bir neçə oyunçu ilə danışıqlar isə son mərhələdədir.
Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə elan olunacaq.
