"Qəbələ" və "Sumqayıt" və "Kəpəz" kubokda 1/4 finala yüksəldi
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.
"Qəbələ", "Sumqayıt" və "Kəpəz" mərhələ adlayıb.
Xatırladaq ki, əvvəlki günlərdə "Qarabağ", "Turan Tovuz", "Zirə", "Şamaxı" və "Sabah" 1/4 finala yüksəliblər.
Yarımfinal uğrunda qarşılaşmalar 2026-cı ilin fevralında keçiriləcək.
Azərbaycan Kuboku. 1/8 final
"Qəbələ" - "Şəfa" 2:1
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu
"Araz-Naxçıvan" - "Kəpəz" 0:0 (ə.v. 0:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
"Liv Bona Dea Arena"
"Difai" - "Sumqayıt" 1:3
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
