Rüfət Abdullazadə Xorvatiya çempionatında debüt etdi - VİDEO

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin "Varajdin"in heyətində debütü baş tutub.
"Mediasport" xəbər verir ki, o, Xorvatiya çempionatının 3-cü turunun "Osiyek"lə matçının 64-cü dəqiqəsində meydana çıxıb.
Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, "Varajdin" yarışın turnir cədvəlində 2 xalla 8-ci pillədə qərarlaşıb.