Azərbaycan milli komandasının Bakıdakı toplanışından FOTOLAR
Futbol üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir.
"Mediasport" xəbər verir ki, yığmamız baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında iyunun 1-dən 10-dək Avstriyanın Bad-Valtersdorf şəhərində da təlim-məşq toplanışında olacaq.
Bu müddətdə millimiz iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.






