"Qəbələ" daha bir Premyer Liqa komandasına qalib gəldi

"Qəbələ" növbəti yoxlama matçında qalib gəlib.
"Mediasport" xəbər verir ki, komdanda bu dəfə Premyer Liqaya vəsiqə qazanmış "İmişli"dən üstün olub.
Kaxaber Çxadadzenin rəhbərlik etdiyi kollektiv 3:2 hesablı qələbə qazanıb.
Xatırladaq ki, şimallılar daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt"ı (1:0) məğlub edib.
Aran klubu isə "Araz-Naxçıvan" (2:1) və "Sabah"ın əvəzedici heyətlərini (2:1) məğlub edib, "Sumqayıt"la (0:0) bərabərə qalıb, "Karvan"a (1:2) uduzub.