"Qarabağ" rəsmisi Avropanın ən yaxşı institutundan diplom aldı

"Qarabağ" Futbol Klubunun Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alıb.
"Mediasport" xəbər verir ki, klub rəsmisi İdman Menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb.
2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.
Qeyd edək ki, Ağdam klubunun tərəşdaşı olan “Johan Cruyff” Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.