Azərbaycan millisi FİFA-nın reytinqində bir pillə irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan yığması reytinqdə bir pillə irəliləyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla 123-cü yerdə qərarlaşıb.
Reytinqə 1880,76 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir.