Azərbaycan Kubokunun finalında "Qarabağ" "Sabah"la qarşılaşacaq

Azərbaycan Kubokunun finalında "Qarabağ" "Sabah"la qarşılaşacaq

Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün finalçıları məlum olub.

"Mediasport" xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində "Qarabağ" ilk görüşdəki məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

"Neftçi" revanş ala bilməyib.

Beləliklə, mayın 31-də baş tutacaq finalda kubokun son qalibi "Qarabağ"la "Sabah" üz-üzə gələcək.

Qeyd edək ki, Ağdam klubu ilk dueldə "Araz-Naxçıvan"a 0:1, "ağ-qaralar" isə "Sabah"a 1:2 hesabı ilə uduzmuşdu.


Azərbaycan Kuboku. Yarımfinal. Cavab oyunları


“Qarabağ” - “Araz-Naxçıvan” 3:0

Qol: Yassin Benzia, 63, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev

VAR: Kamal Umudlu

AVAR: Rauf Cabarov

Hakim-inspektor: Vüsal Əliyev

Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir (k) 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 24. Aleksey İsayev 22. Musa Qurbanlı 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.

Baş məşqçi: Qurban Qurbanov.

“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov 6. Vadim Abdullayev (k) 26. Ömər Buludov 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 8. Karlos Jatoba 4. İqor Ribeyro 97. Felipe Santos.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 14. Miço Kuzmanoviç 10. Bernardo Dias.

Baş məşqçi: Elmar Baxşıyev.


“Sabah” - “Neftçi” 1:1

Qollar: Cesse Sekidika, 23 - Emin Mahmudov, 40.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

AVAR: Tural Qurbanov

Hakim-inspektor: Babək Quliyev

Bank Respublika Arena