"Şamaxı"da yeni müqavilə
"Şamaxı" qapıçısı ilə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Abdulla Seydəhmədovla sözləşmənin müddətini 1 il uzadıb.
Əlcək sahibi başa çatan mövsüm əyalət klubunun heyətində 3 oyuna çıxıb, 1 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, buna qədər "şirlər"i Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov və Sezar Enrike tərk edib.


