"Qarabağ" Antalya toplanışında "Neftçi" ilə qarşılaşır - YENİLƏNİR
Bu gün “Qarabağ” Türkiyədə start götürən qış təlim-məşq toplanışının ikinci hissəsində ilk yoxlama oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Ağdam klubu Antalyada Özbəkistanın "Neftçi" (Fərqanə) kollektivi ilə qarşılaşacaq.
“Gloria Sports Arena”da keçiriləcək görüş Bakı vaxtilə saat 18:00-da başlanacaq.
"Atlılar"ın Belek bölgəində növbəti yoxlama matçı yanvarın 16-da Polşanın “Zaqlebye" (Lübin) klubuna qarşı olacaq.
Bu gün, Türkiyədə həmçinin “Zirə” Rumıniyanın “Çiksereda”, “Sumqayıt” isə Serbiyanın OFK (Belqrad) klubları ilə gücünü sınayacaq.
