Millimiz böyük hesabla uduzdu

 Millimiz böyük hesabla uduzdu

17 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstanın U-17 yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.

"Mediasport" xəbər verir ki, komandamız "Dalğa Arena"nın ehtiyat meydanında baş tutan qarşılaşmada böyük hesabla uduzub - 0:4.

Qeyd edək ki, tərəflər arasında sentyabrın 6-da reallaşan ilk görüş də gürcülərin xeyrinə yekunlaşmışdı (1:0).