Azərbaycan Kubokunda yarımfinal: "Qarabağ"la matça hazırlaşırlar

"Araz-Naxçıvan" Azərbaycan kubokunun 1/2 final mərhələsində "Qarabağ"la keçiriləcək cavab oyununa hazırlığını davam etdirir.
"Mediasport" xəbər verir ki, komandanın bugünki məşqinə zədəli futbolçuların da ikisi qoşulub.
Hazırlıqda iştirak edən Bəxtiyar Həsənalızadə və Miço Kuzmanoviçin məsul qarşılaşmada meydana çıxıb-çıxmayacaqları oyun günü məlum olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" matçı aprelin 23-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Komandaların ilk görüşündə "Araz-Naxçıvan" 1:0 hesablı qələbə qazanıb.