"Sabah"ın Bolqarıstan səfərində əsas söz sahibi xorvat referi olacaq

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Levski" - "Sabah" cütünün Bolqarıstanda keçiriləcək ilk görüşünün hakim təyinatı açıqlanıb.
"Mediasport" xəbər verir ki, oyunda əsas söz sahibi xorvatiyalı FİFA referisi Duye Strukan olacaq.
Ona Alen Yakşiç və Maryan Tomas kömək edəcəklər. Ante Terziç dördüncü hakim funksiyasını icra edəcək.
VAR-da Mario Zebets, AVAR-da Ante Tsulyak iş başında olacaq.
Xatırladaq ki, start fiti 7 avqust, 22:00-da səslənəcək matç Sofiya şəhərində keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.