Azərbaycan milli komandası Bakıda dünya çempionu oldu!

Azərbaycanın minifutbol üzrə milli komandası Bakıda ilk dəfə keçirilən dünya çempionatının qalibi olub.
"Mediasport" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Macarıstan yığması ilə qarşılaşıb.
2022-ci ildə Avropa çempionu adını qazanmış futbolçularımız macarlar üzərində inamlı qələbə ilə (4:2) dünya kubokuna sahib çıxıblar.
Millinin heyətində Təmkin Xəlilzadə (2), Məhəmməd Xəlilov (8) və Rəvan Kərimov (10, 29) fərqləniblər.
Mundialda bürünc medalları isə Serbiya seçməsi qazanıb. Serblər 3-cülük uğrunda görüşdə Monteneqronu məğlub ediblər - 3:0.