"Qarabağ" veteranlar arasında keçirilən turnirin qalibi oldu

  "Qarabağ" veteranlar arasında keçirilən turnirin qalibi oldu

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol yarışı keçirilib. 

"Mediasport" xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan turnirin finalında "Milli"ni penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən "Qarabağ" yarışın qalibi olub.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, "Azərbaycan İdman Veteranları" İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Azərbaycan Futbol Vetaranları Birliyinin sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər təqdim ediblər.