Rövşən Nəcəf dünya çempionu olan milli komandamızı təbrik etdi

Rövşən Nəcəf dünya çempionu olan milli komandamızı təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf minifutbol üzrə Azərbaycan milli komandasını Bakıda təşkil olunan dünya çempionatının qalibi olması münasibətilə təbrik edib.

"Mediasport" xəbər verir ki, qurum rəhbəri komandamızın turnirdə parlaq çıxış etdiyini və final oyununda yüksək performansla azarkeşləri sevindirdiyini bildirib:

“Macarıstan yığması ilə final oyununda komandamız çempiona layiq çıxış etdi. Bu mötəbər yarışın qalibi olması münasibətilə milli komandamızı ürəkdən təbrik edirəm”.

Qeyd edək ki, millimiz finalda Macarıstan yığmasına 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə dünya çempionu olub.