AÇ-2026: Azərbaycan milli komandasının heyəti açıqlandı

AÇ-2026: Azərbaycan milli komandasının heyəti açıqlandı

Avropa çempionatında mübarizə aparacaq minifutbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Elşad Quliyev yığmaya 18 oyunçu dəvət edib.

Xatırladaq ki, AÇ-2026 27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq.

Minifutbol üzrə Azərbaycan milli komandasının heyəti:

Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev.