"Dünya çempionatının favorit komandalarından biriyik"

"Dünya çempionatının favorit komandalarından biriyik"

"Biz bu oyunlara çox hazırlaşmışıq. Azarkeşlərimizi, bizi sevənləri təbrik edirəm. İnanıram ki, onlara xoş gün bağışladıq. Daha yaxşı oyunlar bizi gözləyir".

"Mediasport" xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis Bakıda keçirilən dünya çempionatının ikinci turunun Sloveniya ilə matçı haqda danışıb, 4:0 hesablı qələbəni şərh edib:

"Oyun sistemimiz budur. İlk matçda tribunalar dolu idi. Ola bilər ki, uşaqlar bir az problem yaşadı. Bundan sonra bütün oyunları belə oynayacağıq. Dünya çempionatının favorit komandalarından biriyik. Bizim komandanın gücü bu da deyil, daha yuxarısıdır".

Qeyd edək ki, millimiz ilk turda Bəhreynlə bərabərə (1:1) qalıb, son turda Mavritaniya futbolçuları ilə qarşılaşacaq.