Dünya Kubokunun Təşkilat Komitəsinin iclası keçirildi

 Dünya Kubokunun Təşkilat Komitəsinin iclası keçirildi

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə Bakıda keçiriləcək Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin (YTK) növbəti iclası keçirilib.

"Mediasport" xəbər verir ki, yarışa hazırlıq prosesi, təşkilati və texniki məsələlər, turnir proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri, habelə digər aktual mövzular müzakirə olunub.

İclasda YTK sədri, ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezidentlər Jalə Əhmədova və Ümid Abuzərli, İcraiyyə Komitəsinin üzvü Eldar Abbasov, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, YTK-nin əməliyyat direktoru Fuad Balakişiyev, Bakı Su İdmanı Sarayının direktoru Əjdər Abbasov, həmçinin ASF-nin və YTK-nın digər əməkdaşları iştirak ediblər.