Nəriman Axundzadənin komandası baş məşqçini istefaya göndərdi
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi ABŞ-nin "Kolumbus Kryu" klubu baş məşqçi Henrik Ridströmü istefaya göndərib.
"Mediasport" xəbər verir ki, məlumatı MLS təmsilçisinin idman direktoru İssa Tall açıqlayıb.
50 yaşlı isveçli mütəxəssislə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib. Komandanı müvəqəqti olaraq Loran Kurtua çalışdıracaq.
"Kolumbus Kryu" MLS-in 15 komandalı Şərq Konfransında 14 turdan sonra 13 xalla 13-cü pillədə qərarlaşıb.


