"Nürnberq" Mahir Emreli ilə müqaviləni uzatmayacaq - RƏSMİ

"Nürnberq" Mahir Emreli ilə müqaviləni uzatmayacaq - RƏSMİ

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli “Nürnberq”dən ayrılacaq.

“Mediasport” xəbər verir ki, bu barədə Almaniya klubu məlumat yayıb.

Qeyd edilib ki, forvardla mövsümün sonunda bitəcək müqavilə qarşılıqlı razılaşma əsasında uzadılmayacaq.

Emreli cari mövsüm "Nürnberq"in heyətində 22 oyun keçirib, 7 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci Bundesliqada mövsüm 2 turdan sonra başa çatacaq. Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv lider "Hamburq"dan 11 xal geri qalmaqla, 1-ci Bundesliqa iddiasını itirib.

Xatırladaq ki, hücumçu klubla ötən yay 1+1 illik anlaşmaya qol çəkmişdi.