"Sabah"ı məğlub edib ilk dəfə Azərbaycan Kubokunu qazandılar
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, final qarşılaşmasında son çempion "Sabah"la "Gəncə" komandaları üz-üzə gəliblər.
Bakı İdman Sarayında baş tutan həlledici duelin qalibi qərb təmsilçisi olub - 89:82.
Beləliklə, gəncəlilər ilk dəfə Azərbaycan Kubokunu qazanıblar.
