"Gəncə" FİBA Avropa Kubokunda Yunanıstan klubu ilə üz-üzə gəlir
"Gəncə" basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, amerikalı Martin Knejeviçin baş məşqçisi olduğu qərblilər Yunanıstanın "Kolossos" klubunu qəbul edəcəklər.
Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Xatırladaq ki, Gəncə klubu qrupda ilk oyununda Türkiyədə "Esenler Erokspor"a uduzub (63:92).

